25.02.2018
M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində olan B.Şabalıd diyarşünaslıq klubu 61 saylı kitabxana filialı ilə birlikdə Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Əsrin faciəsi” adlı anım günü keçirmişdir. Tədbir Xocalıda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır. Sonra Baş Şabalıd diyarşünaslıq klubunun müdiri Aytən Bəkirova tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında geniş məlumat verdi. Sonra Baş Şabalıd kənd məktəbinin tarix müəllimi Abdurrəhmanov Nəriman tarixi faktlara söykənərək günahsız insanların başına gətirilən müsibətlərdən danışdı. Tədbir şagirdlərin ifasında səslənən Xocalıya həsr olunmuş şeirlər və bayatılarla başa çatdı.