13.04.2020
Şəki şəhər Heydər Əliyev Mərkəzinin könüllüləri “#evdəqalsalamatqal” kampaniyası çərçivəsində Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması, infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə növbəti aksiya həyata keçiriblər.
Aksiya zamanı Mərkəzin əməkdaşları ev şəraitində tibbi maskalar hazırlamış və maskaların aztəminatlı, sosial yardıma ehtiyacı olan ailələrə paylanılması təmin edilmişdir. Eyni zamanda sakinlərlə fərdi qaydada söhbətlər aparılaraq, şəxsi gigiyena qaydalarına ciddi riayət olunmasının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə sözsüz əməl edilməsinin vacibliyi diqqətə çatdırılmışdır.