13.04.2020
Şəki Regional Mədəniyyət İdarəsinin könüllüləri tərəfindən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar evdə özünütəcrid vəziyyətində qalan, sosial yardıma ehtiyacı olan 65 yaşdan yuxarı tənha və ahıl şəxslərin ehtiyaclarının ödənilməsinə, onlara lazımi sosial-tibbi və mənəvi köməyin göstərilməsinə diqqət artırılıb.
Növbəti aksiya zamanı MİHİ-nin Şəki rayon Komitəsinin sədri Rəhman Məmmədov və Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Seyid Vahabov #ahıllaradəstəkolaq aksiyasına qoşularaq, Şəki şəhər sakini, 94 yaşlı, tənha yaşayan Səmədova Saray Məmməd qızına baş çəkib, ona kollektiv adından maddi yardım olaraq ərzaq və tibbi ləvazimatlar çatdırıblar.