12.04.2020
Aprelin 12-də saat 16-00-da tanınmış müğənni, Qax rayon Mədəniyyət Mərkəzi Ağyazı kənd mədəniyyət evinin bədii rəhbəri Arzu Dunusova canlı onlayn konsert verməyə hazırlaşır.
“#Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində keçiriləcək konsertdə izləyicilərə FACEBOOK sosial şəbəkəsi üzərindən yayımlanmaqla, ən çox sevilən xalq və bəstəkar mahnılarından ibarət nəğmə çələngi təqdim olunacaq.