12.04.2020
Aprelin 11-də saat 15-00-da Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın sədrliyi ilə Regional İdarənin onlayn iclası keçirilib.
İdarənin tabeliyində olan müəssisə rəhbərlərinin və aparat əməkdaşlarının iştirakı ilə keçirilən iclasda əvvəlcə Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin onlayn keçirdiyi müşavirədə verdiyi tapşırıqlar müəssisə rəhbərlərlərinin diqqətinə çatdırılıb.
Sonra Şəki Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işlərinin davam etdirilməsi, hazırki özünütəcrid şəraitində yaşayan, sosial ehtiyacı olan ahıl yaşlılara, təqaüddə olan mədəniyyət işçilərinə və aztəminatlı ailələrə maddi və mənəvi yardımların göstərilməsi, elektron xidmətlərdən daha çox istifadə edilməsi, uşaq musiqi və incəsənət məktəblərlərində onlayn dərslərin və ustad dərslərinin müntəzəm keçirilməsi, mədəniyyət mərkəzləri, kitabxanalar, muzeylərin onlayn fəaliyyətinin genişləndirilməsi, virtual sərgilərin təşkil olunması, videoçarxların keyfiyyətinin yüksəldilməsi və s. məsələlər müzakirə edilib.
Daha sonra müəssisə rəhbərlərinin çıxışları dinlənilməklə ümumi qərarlar qəbul olunub.