11.04.2020
Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyasına qoşularaq, mini konsert verən sənətçilərin sayı artmaqdadır.
Şəkinin tanınmış vokalçısı Seymur Qasımzadə #EVDƏQAL aksiyası çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihələrinə qoşularaq özünün onlayn solo konsertini canlı olaraq
FACEBOOK sosial şəbəkəsi üzərindən yayımlayıb.
Konsertdə Azərbaycan və xarici ölkələrin ən populyar estrada musiqiləri səsləndirilib.