Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalalı gənc ifaçı Vüsal İbrahimovun solo konserti yayımlanıb

11.04.2020

Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma”, “Sənətinlə dəstəklə” aksiyasına qoşularaq, mini konsert verən sənətçilərin sayı durmadan artmaqdadır.

Bunu nəzərə alaraq, Zaqatalanın gənc  tar və gitara ifaçısı, Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin xalq çalğı alətləri şöbəsinin müəllimi Vüsal İbrahimov özünün onlayn solo konsertini canlı olaraq  "FACEBOOK" sosial şəbəkəsində yayımlayıb.

Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı  "#EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ" və "#MƏDƏNİYYƏTBİRLİKDİR" layihələri çərçivəsində təqdim olunan konsertdə izləyicilərə Azərbaycanın retro, estrada və pop janrında olan musiqiləri təqdim olunub.