Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı alın yazım qan yaddaşım”

24.02.2018

Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-a keçən gece işğal olunmuşdur. Bu faciədə 613 nəfər həlak olmuş 487 nəfər yaralanmışdır. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri dinc əhaliyə divan tutmuşdurlar. Bu yaddan çıxmaz bir faciədir. 24 fevral 2018-ci ildə Qax rayon Rəsm Qalereyasında bu mövzuda sərgi təşkil edilmişdir. Sərgidə 65 nəfər iştirak etmişdir. Sərgidə ümumitəhsil və incəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm əsərləri təqdim olundu. Sərgidə Nazı Nadirovanın "Donmuş cəsədlər", Sərxan İsaqovun "Azadlıq istəyirəm", Şahin Şahmaliyevin "Dəhşətli gece", Elvin Mirzəyevin "Döyüşe hazıram", Gülay Mustafayevanın "Ananın göz yaşları" və başqa əsərləri nümayiş olundu.