Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalalı musiqiçilər #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ layihəsi çərçivəsində canlı konsert verəcəklər

10.04.2020

Zaqatalalı gənc musiqiçilər, Zaqatala Uşaq Musiqi Məktəbinin müəllimləri Sahib Abdurahmanov, Şahov Abdurahmanov və Əfqan Huduqov #EVDƏQAL, #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihələri çərçivəsində konsert verməyə hazırlaşırlar.

Konsertin Aprelin 10-da saat 17-00-da Zaqatala şəhərinin Sülh küçəsindəki binalarından birinin eyvanından ətraf binaların sakinləri üçün canlı olaraq təqdim edilməsi nəzərdə tutulmuşdur. Konsertdə əsasən bəstəkar və xalq mahnıları ifa olunacaq.