Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Uşaq İncəsənət Məktəbinin könüllüləri #sizhəmişəbizimləsiz aksiyasında

10.04.2020

Koronavirus İnfeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

Bunu nəzərə alan Balakən rayon Uşaq İncəsənət  Məktəbinin könüllüləri #sizhəmişəbizimləsiz aksiyasına qoşularaq, Balakən rayonu Talalar kənd sakini, sosial yardıma ehtiyacı olan əlil Xanməmmədov Rafiq Nasruddin oğluna baş çəkib və kollektiv adından ona ərzaq yardımı göstəriblər.