10.04.2020
Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyasına qoşularaq, mini konsert verən sənətçilərin sayı durmadan artmaqdadır.
Şəkinin tanınmış estrada ifaçısı Seymur Qasımzadə #EVDƏQAL aksiyası çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihələrinə qoşularaq özünün onlayn solo konsertinə hazırlaşır.
Estrada həvəskarları həmin konserti Aprelin 10-da saat 22-00-da FACEBOOK sosial şəbəkəsi üzərindən izləyə biləcəklər.