09.04.2020
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə həyata keçirilən #ahıllaradəstəkolaq və #sizhəmişəbizimləsiz kampaniyasına qoşulan Oğuz rayon Uşaq Musiqi Məktəbi kollektivinin təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası keçirilib. Aksiyada islam adət-ənənələrinə uyğun olaraq qurban kəsilib və qurban əti 65 yaşdan yuxarı tənha yaşayan ahıl şəxslərə, eləcə də yardıma ehtiyacı olan digər ailələrə paylanılıb.
Ondan çox ailənin yardım aldığı aksiya zamanı sakinlərə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib.
Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.