09.04.2020
Koronavirus İnfeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Bunu nəzərə alan Şəki 3№-li Uşaq Musiqi Məktəbinin könüllüləri #ahıllaradəstəkolaq və #sizhəmişəbizimləsiz aksiyasına qoşularaq, Şəki şəhəri, Sabit Rəhman küçəsi, bina 13, mənzil 24 ünvanda tənha yaşayan və sosial yardıma ehtiyacı olan 68 yaşlı Həzrətova Tamara Cumay qızına baş çəkib, ona kollektiv adından maddi yardım olaraq zəruri ərzaq məhsulları və tibbi ləvazimatlar çatdırıblar.
Tamara Həzrətova göstərilən dəstəyə və bu nəcib aksiyaya görə məktəbin kollektivinə öz minnətdarlığını bildirib.