Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı - insanlığa qarşı bəşəri cinayətdir

23.02.2018

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarıxi bir cinayətdir.                                                                                                                                                                                            

                                                                                                  Heydər Əliyev

23 fevral 2018-ci il tarixdə Oğuz rayon mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsi Xocalıda baş verən qanlı cinayətin 26 illiyi ilə əlaqədar “Xocalı-insanlığa qarşı bəşəri cinayətdir” adlı ədəbi–bədii kompozisiya hazırlamışdır. Tədbirdə UYM-nin müəllim və şagirdləri, Gİİ-nin nümayəndələri, Heydər Əliyev Mərkəzinin və Oğuz rayon tarix- diyarşünaslıq muzeyinin kollektivləri, rayonun tədqiqatçı-şairi Y.Rzayev və şəhər H.Babayev adına 1 saylı tam orta məktəbin VIIa sinif şagirdləri iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Himninin oxunması ilə başladı. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova tədbiri açaraq Xocalı soyqırımının Azərbaycan tarıxinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olması barədə məlumat verdi. Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. İştirakçlara Xocalı soyqırımından bəhs edən video-çarx nümayış etdirildi. Mərkəzi kitabxananın böyük kitabxanaçısı L.Babayeva “Xocalı soyqırımı - XX əsrin faciəsidir” başlıqlı məruzə etdi. Sonra H.Babayev adına şəhər 1 saylı məktəbin VIIa sinif şagirdləri N.Məmmədəliyeva “Əlif Hacıyev - Xocalının cəngavəri”, L.Manafova “Xocalı soyqırımı və Çingiz Mustafayev” başlıqlı məruzələr etdilər. Daha sonra məktəbin VIIa və VIIb sinif şagirdləri hazırladıqları kompozisiya ilə çıxış etdilər. Tarix müəllimi H.Rəsulova, şair Y.Rzayev erməni faşistlərinin törətdiyi qanlı faciəni bir daha ürək ağrısı ilə yad etdilər. Tədbirin sonunda N.Qasımova bu günki tədbirin iştirakcılarına və təşkilatçılarına öz təşəkkürünü bildirdi. Tədbirin sonunda iştirakçılar Xocalı faciəsinin 26-cı ildönümünə həsr edimiş “Ruhlar şəhəri-Xocalı” başlıqlı sərgiyə baxdılar.