08.04.2020
#EVDƏQAL devizi ilə Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihələrinə qoşulan Zaqatala rayon Uşaq İncəsənət məktəbinin xalq çalğı alətləri şöbəsinin müəllimi Vüsal İbrahimov özünün onlayn konsertinə hazırlaşır.
Musiqi həvəskarları gənc musiqiçinin konsertini 10 Aprel saat 16-00-da FACEBOOK və İnstaqram sosial şəbəkələri üzərindən canlı şəkildə izləyə biləcəklər.