08.04.2020
Koronavirus İnfeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Bunu nəzərə alaraq, Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayonu Xaçmaz kənd Diyarşünaslıq Evinin könüllü əməkdaşları #ahıllaradəstəkolaq və #evdəqalsalamatqal aksiyasına qoşularaq, sosial yardıma ehtiyacı olan, ahıl yaşlı kənd sakini Ağəli Hacıyevə baş çəkib, ona kollektiv adından maddi yardım olaraq zəruri ərzaq məhsulları və tibbi ləvazimatlar çatdırıblar.
Ağəli Hacıyev bu nəcib aksiyaya görə kollektivə öz minnətdarlığını bildirib.