Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı Nazilə Qaffarovadan nümunəvi addım

08.04.2020

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin metodisti Nazilə Qaffarova rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə və Şəki Regional Mədəniyyət İdarəsinin ictimai həyatında fəal iştirak edir.

“#EVDƏQAL” devizi ilə Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ” və “#MƏDƏNİYYƏTBİRLİKDİR” layihələrinə həvəslə qoşulan mədəniyyət işçisi bu dəfə də öz bacarığı ilə fərqlənib.

Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən ölkədə tibbi maska qıtlığının  yaşandığını nəzərə alan Nazilə Qaffarova ev şəraitində 50 ədəd tibbi maska tikərək, yaşadığı məhəllənin sakinlərinə paylayıb və həmçinin baş çəkdiyi ünvanlarda sakinlərlə fərdi qaydada söhbətlər apararaq şəxsi gigiyena qaydalarına ciddi riayət olunmasının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə sözsüz əməl etmələrinin vacibliyini diqqətə çatdırıb.