07.04.2020
Koronavirus İnfeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Bunu nəzərə alaraq, Şəki 2№-li Uşaq Musiqi Məktəbinin könüllüləri #ahıllaradəstəkolaq və “#sizhəmişəbizimləsiz” aksiyasına qoşularaq, Şəki şəhəri, Sarıtorpaq küçəsi, ev-26 A ünvanda yaşayan, sosial yardıma ehtiyacı olan 67 yaşlı Əsgərova Afər Əhməd qızına baş çəkib və kollektiv adından ona ərzaq yardımı göstəriblər.
Afər Əsgərova bu nəcib aksiyaya görə məktəbin kollektivinə öz minnətdarlığını bildirib.