07.04.2020
1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan müəyyən bir problemi diqqət mərkəzinə gətirir.
Bu tarixi günlə bağlı Şəki Mərkəzi Kitabxana Sisteminin şöbə müdiri Arifə Rzayeva “#EVDƏQAL”, “#EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ” və “#MƏDƏNİYYƏTBİRLİKDİR” layihələri çərçivəsində videoçarx hazırlayaraq, sosial şəbəkələrdə yayımlayıb.
Bildirilib ki, Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığın qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.
Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir və bununla bağlı əməli tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin əsas məqsədi: insanlara sağlamlığın nə qədər önəmli olduğunu anlatmaq, səhiyyə müəssisələrini isə insanların sağlamlıqla bağlı problemlərini həll etməkdə səylərini əsirgəməməyə çağırmaqdır.
Ötən illər ərzində 194 ölkə: ABŞ, İtaliya, İspaniya, Fransa, Türkiyə, Almaniya, İsrail, RF, Böyük Britaniya və s. ölkələr Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olub. Azərbaycan da BMT-nin ixtisaslaşdırılmış təşkilatlarından olan ÜST ilə sıx əməkdaşlıq edir.
Təqdimatda eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışı zamanı səsləndirdiyi dəyərli fikirlər də öz əksini tapıb.