26.02.2018
26 fevral 2018-ci il tarixində M.İsmayılov adına diyarşünaslıq evi 8 saylı kitabxana filialı ilə birgə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Yaddaşlarda yaşayan Xocalı” adlı anım günü keçirilmişdir.
Tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra diyarşünaslıq evinin müdiri Qarayeva Tahirə tədbiri açıq elan etdi və o müdhiş gecənin dəhşətlərindən söhbət açdı: Bu gün biz istiqlalımız və azadlığımız uğrunda mübarizədə həlak olmuş vətən övladımızın xatirəsini yad etmək üçün həm də Azərbaycan xalqının tarixinə qanla yazılmış XX əsrin Xocalı soyqırımının 26-cı ildönümünü qeyd etmək üçün yığışmışıq. 26 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.
Sonra kitabxananın fəal oxucularının ifasında “Laylay Xocalım laylay”, “Bu qan yerdə qalmayacaq”, “Ağla qərənfil, ağla”, “Bayatılar” və s. şeirlərini səsləndirdilər. Tədbirin sonunda “Əsgər marşı” səsləndi. Xocalıya həsr olunmuş “Yaddaşlarda yaşayan Xocalı” başlıqlı sərgiyə baxış oldu.