07.04.2020
Balakən rayon Uşaq İncəsənət Məktəbinin rəsm şöbəsinin müəllimi Günel Qarayeva “#EVDƏQALEVDƏYARAT” layihəsinə qoşularaq, sosial şəbəkədə özünün rəsm əsərlərini sərgiləyib.
Gənc rəssam sərginin sonunda digər bir bacarığını nümayiş etdirərək, pianoda Vaqif Mustafazadənin “Düşüncə” etüdünü çox ustalıqla səsləndirib. Rəsm əsərlərinin fonunda pianoda səsləndirilən həzin ifa izləyicilərin marağına səbəb olub.