Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda tənha və ahıl vətəndaşlara ərzaq yardımı olunub

06.04.2020

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə Qax rayon Heydər Əliyev Mərkəzinin könüllüləri “#evdəqal” və “#ahıllaradəstəkolaq” aksiyasına qoşularaq, Qax şəhəri, Azərbaycan küçəsi, ev-6 ünvanda yaşayan, ahıl yaşlı Mürüdova Hüsniyyə Sədi qızına baş çəkib, ona kollektiv adından maddi yardım olaraq zəruri ərzaq məhsulları və tibbi ləvazimatlar çatdırıblar.

Könüllülər görüş zamanı, həmçinin H.Mürüdüva ilə fərdi qaydada söhbət apararaq şəxsi gigiyena qaydalarına ciddi riayət olunmasının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə sözsüz əməl edilməsinin vacibliyini diqqətə çatdırıblar.