Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkinin tanınmış musiqiçisi Eldar Rəcəbovun solo konserti yayımlanıb

04.04.2020

Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyasına qoşularaq, mini konsert verən sənətçilərin sayı durmadan artmaqdadır.

FACEBOOK sosial şəbəkəsində Şəkinin tanınmış tar və gitara ifaçısı, Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun solo konserti yayımlanıb.

#EVDƏQAL, #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihələri çərçivəsində təqdim olunan konsertdə izləyicilərə Emin Sabitoğlunun, Hacı Xanməmmədovun və Eldar Rəcəbovun özünün bəslədiyi musiqilər səsləndirilib.