Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Uşaq İncəsənət Məktəbi #SİZHƏMİŞƏBİZİMLƏSİZ aksiyasında

04.04.2020

#EVDƏQAL devizinə qoşulan Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #MƏDƏNİYYƏTBİRLİKDİR xeyirxahlıq kampaniyası çərçivəsində #SİZHƏMİŞƏBİZİMLƏSİZ adlı aksiyaya Şəki Uşaq İncəsənət Məktəbinin könüllüləri də qoşulublar.

Aksiya çərçivəsində Şəki Uşaq İncəsənət Məktəbinin könüllüləri Şəki Qarışıq Tipli Uşaq Evinin sakinlərinə və Şəki Rayon Psixonevroloji dispanserində müalicə alan xəstələrə baş çəkərək, onlara məktəbin müəllimləri Maral Rəhimova və Sevinc Rəcəblinin tikərək hazırladıqları 150 ədəd tibbi maska və digər gigiyenik vasitələr paylayıblar.

Qeyd edək ki, aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi profilaktik və mübarizə tədbirlərinə, həmçinin bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.