03.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan, yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını nəzərdə tutur. Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.
Bunu nəzərə alan Balakən MKS və onun filialları “#ahıllaradəstəkolaq” təşəbbüsünə qoşulublar. Balakən MKS-nin uşaq şöbəsininin könüllüləri rayon sakini, 72 yaşlı Sevil Qurbanovaya, Katex kənd kitabxanasının könüllüləri 81 yaşlı Hürü Eminayevaya, Məlikzadə və Qazma kənd kitabxanasının könüllüləri uzun müddət kitabxanada çalışmış, hal-hazırda təqaüddə olan Kifayət Qomurovaya baş çəkərək, onlara ərzaq yardımı göstəriblər.
Könüllülər tərəfindən bu xidmətlər yaşlı şəxslərlə təmas olmadan, bütün sanitar qaydalara riayət etməklə həyata keçirilib.