Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımını unutma” adlı tədbir keçirilmişdir

26.02.2018

26 fevral 2018-ci il tarixində Oğuz rayon Heydər Əliyev Mərkəzində Xocalı  soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalı soyqırımını unutma” adlı tədbir keçirilmişdir. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin, rayon Gənclər İdarəsinin, YAP Gənclər Təşkilatının,  rayon tarix-diyarşünaslıq muzeyinin, MKS-nin, Heydər Əliyev Mərkəzinin, Oğuz şəhər 3 saylı məktəb-iseyin nümayəndələri həmçinin Oğuz rayonunda məskunlaşan Xocalı sakini Xocalı məktəbinin direktoru Aydın Əliyev  iştirak edirdi. Tədbiri Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açdı. Xocalı soyqırımında həyatını itirmiş soydaşlarımızın və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Xocalı soyqırımının tarixindən bəhs edən videoçarx nümayiş olundu. Mövzu ətrafında çıxış edən mərkəzin elmi işçisi T.Babayeva  qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşında əbədi həkk olub. Daha sonra 3 saylı məktəbin şagirdləri “Xocalı–XX əsrin faciəsidir” adlı bədii kompozisiyanı təqdim etdilər. Tədbirdə çıxış edən Xocalı sakini, həm də Oğuzda yerləşən Xocalı məktəbinin direktoru Aydın Əliyev həmin məşəqqətli Xocalı faciəsinin canlı şahidi olaraq o günün dəhşətlərini anlatdı və gəncləri bu soyqırım aktını unutmamağa çağırdı. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin nümayəndəsi İlhamə Abdullayeva, Yap Gənclər Təşkilatının Oğuz rayon komitəsinin sədri Mehman Ramazanov öz çıxışlarında bildirdilər ki, Xocalı soyqırımı heç zaman Azərbaycan xalqı tərəfindən unudulmayacaq və ölkəmiz bu soyqırımın dünyada tanıdılması və ona lazımi hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atır və atacaqdır. Tədbirin sonunda Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış bukletlər paylandı.