03.04.2020
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
#EVDƏQAL devizinə qoşulan Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihəsi çərçivəsində Oğuz rayon MKS informasıya və resurs şöbəsinin müdiri Mehparə Bəkirova, Qax rayon MKS Ağçay kənd filialının kitabxanaçısı Sevinc Abakarova və Balakən rayon MKS oxuyuculara xidmət şöbəsi Aprel döyüşlərinin ildönümü ilə baglı videoçarxlar hazırlayaraq, sosial şəbəkələrdə yayımlayıblar.
Təqdimatlarda tarixi Aprel döyüşlərinin böyük zəfərin başlanğıcı olduğu bildirilib.