02.04.2020
1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.
Uşaq ədəbiyyatı gününün bu günə təsadüf etməsinin maraqlı bir tarixi var. Danimarkanın məhşur nağıl ustası, sevimli uşaq yazıçısı Hans Xristian Andersen 1805-ci ildə aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Jella Lepman təklif edib. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə, uşaqların oxu dairəsinin genişlənmısinə və zənginləşməsinə səbəb olub. İstər ölkəmizdə, istər başqa məmləkətlərdə uşaq ədəbiyyatında təzə nümunələr üzə çıxdıqca , mənəvi sərvətimiz zənginləşdikcə, uşaqlarımlzın yaddaş xəzinəsinə yeni – yeni qiymətli incilər daxil olur.
Bu dəyərli fikirlər #EVDƏQAL, #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və # EVDƏQALKİTABOXU layihələrinə qoşulan Şəki şəhər və Balakən rayon Mərkəzi Kitabxanalarının, Balakən rayon Qazma kənd kitabxanası və Zaqatala rayon Yuxarı Tala 3 saylı kitabxanasının sosial şəbəkələrdə yayımladıqları kiçik videoçarxlarda öz əksini tapıb.
Təqdimatlarda qeyd olunub ki, uşaqlar bizim gələcəyimizdir. Onların düzgün mütaliəsi üçün, bilik və nitq mədəniyyətinin zənginləşməsi üçün görkəmli uşaq yazıçılarımız maraqlı uşaq kitabları yazırlar.
Əziz uşaqlar! Kitabı sevin, qoruyun və oxuyun. Oxuyun ki, öyrənısiniz. Nitqiniz daha zəngin, intellektual səviyyəniz daha yüksək olsun. Kitab bizim yaxın dostumuz, mütaliə sağlam düşüncə və zəngin bilik mənbəyimizdir.