Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Dağlı kənd folklor evində “Xocalım ay Xocalım” mövzusunda ədəbi-bədii gecə təşkil edilmişdir

26.02.2018

Zaqatala rayon Dağlı kənd folklor evində kənd kitabxanası ilə birlikdə "Xocalı soyqırımı"nın  26-cı  ildönümüilə əlaqədar “Xocalım ay Xocalım”  mövzusunda ədəbi-bədii gecə təşkil edilmişdir. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə Dağlı kənd folklor evinin müdiri Elmira İsmayılova tədbiri açaraq tədbir  iştirakçılarını salamladı və Xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış etdi. Daha sonra söz uşaq bədii özfəaliyyəti dərnəyinin üzvülərinə verildi.  Məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirildi. Tədbir iştirakçıları "Xocalı soyqırımı uşaqların gözü ilə"  mövzusunda rəsm sərgisinə tamaşa etmişlər.