Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Uşaq İncəsənət Məktəbində növbəti onlayn dərslər keçirilib

30.03.2020

Koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə Şəki şəhər Uşaq İncəsənət məktəbində tədris prosesinin onlayn şəkildə aparılması davam edir. Növbəti onlayn dərslər məktəbin nəzəriyyə, fortepiano, skripka, rəssamlıq, xoreoqrafiya və digər şöbələrinin müəllimləri tərəfindən təşkil olunub.