30.03.2020
Balakən rayonu Şərif kənd Sənətkarlıq klubunun nəzdində fəaliyyət göstərən toxuculuq dərnəyinin üzvü, kənd məktəbinin şagirdi Məryəm Uruxova koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ölkədə tətbiq edilən karantin tədbirlərini diqqətə alaraq, Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı tərəfindən irəli sürülən “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulub.
İstedadlı yeniyetmə Məryəm Uruxova toxuduğu əl işlərini qısa videoyazı ilə sosial şəbəkələrdə yayımlayaraq, öz həmyaşıdlarını və bütün izləyiciləri karantin qaydalarına ciddi riayət edərək, birgə koronavirusa qarşı fəal mübarizə aparmaga səsləyib.