29.03.2020
Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti qavalın tarixi, quruluşu və musiqidə tutduğu xüsusi yerdən bəhs olunur.
Qaval-zərbli musiqi alətidir. Dairəşəkilli, eni 60 – 75 və diametri 350 – 450 mm olan sağanağın üzərinə balıq dərisi çəkilmiş alətdir. Sağanağın içərisinə dairə boyu xırda halqalar bərkidilir və onlar çalğı vaxtı səslənir. Muğam ifaçılığında geniş tətbiq olunur. Klassik muğam üçlüyü tar, kamança və qavaldan ibarətdir. Xanəndə qavalda çalaraq, ansamblda dəqiq ritmli musiqi epizdolarının ifasında iştirak edir. Buna görə də qaval aləti, bir növ, xanəndələrin atributuna çevrilmişdir
Qaval Ü.Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət kimi daxil edilmiş, onun ilk not partiyasını da bəstəkar özü yazmışdır. İfaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir.
Videoya baxmaq üçün: https://www.facebook.com/100014284328565/videos/819856095167194/