Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

#EVDƏQAL, #MƏDƏNİYYƏTBİRLİKDİR və #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ devizi çərçivəsində Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti udun tarixi, quruluşu və səs diapazonundan bəhs olunur

29.03.2020

Ud-yaxın Şərq xalqlarının mizrabla çalınan ən qədim simli, dartımlı musiqi alətidir. Ərəbistan, Türkiyə və qismən İran ölkələrində çox geniş intişar tapmışdır. Orta əsrlərdə bütün Yaxın Şərq xalqları musiqisində udun tutduğu mövqe Avropa musiqisində klavesinin tutduğu yer qədər əhəmiyyətli olmuşdur.Udun konstruksiyası zaman keçdikcə tez-tez dəyişdirilərək təkmilləşdirilmişdir. Müasir ud 6 simli musiqi alətidir. Bunlardan 5 qoşa, altıncısı isə tək qoşulur. Simlərin düzülüşü və yerləşdirilməsi çox qəribədir: orta melodik, yəni musiqinin əsl havası çalan simlər, yanlarından isə bəm simlər qoşulur.
Azərbaycanda da hələ orta əsrlərdən ud musiqi alətinə böyük maraq olub. XX əsrdə Fikrət Əmirovun atası Cəmil Əmirov, Əhsən Dadaşov gözəl ud ifaçısı kimi tanınıblar. Sovet dövründə ilk dəfə ud Əhsən Dadaşovun, sonra isə Əhməd Bakıxanovun və Baba Salahovun ansambllarında yer alıb. XX əsrin sonlarında Əməkdar artist Yasəf Eyvazov ilk peşəkar ud ifaçısı kimi tanınıb.

Ətraflı məlumat üçün: https://www.facebook.com/100014284328565/videos/820031495149654/