Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Qımır kəndində Xocalı faciəsinin 26-cı il dönümü ilə əlaqədar tədbir keçirilmişdir

26.02.2018

26 fevral 2018-ci tarixində Xocalı faciəsinin 26-cı il dönümü ilə əlaqədar Qımır kəndində yerləşən “Şəhidlər abidəsi”nin qarşısında “Xocalı fəryadı” başlığı altında tədbir keçirildi.

Tədbirdə R.Bayraməliyev adına Qımır kənd mədəniyyət evi, İ.Məmmədov adına Qımır kənd tam orta məktəbinin şagirdləri, müəllimlər və kənd sakinləri iştırak edirdilər.

“Şəhidlər abidəsi”nə əklil və tər çiçəklər qoyulduqdan sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra kəndin mollası şəhidlərin ruhuna dualar oxudu. Daha sonra kənd məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər söylədilər, səhnəciklər nümayiş etdirdilər.