Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mədəniyyət Mərkəzində “Xocalı harayı” başlığı altında ədəbi–bədii gecə keçirilmişdir

26.02.2018

26 fevral 2018-ci il tarixdə  Balakən rayon Mədəniyyət Mərkəzində  “Xocalı harayı” başlığı altında ədəbi–bədii gecə keçirilmişdir. Tədbirdə rayon ictimaiyyəti, hüquq mühafizə orqanları, təhsil və səhiyyə işçiləri, idarə və təşkilatlar iştirak edirdi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı soyqırımı hadisələrini əks etdirən video çarx, daha sonra mədəniyyət işçiləri tərəfindən hazırlanmış səhnəciklər tamaşaçılara təqdim  olundu,  muğamlar və şeirlər səsləndirildi. Mədəniyyət  Mərkəzinin foyesində rəsm dərnəklərinin üzvlərinin əl işlərindən ibarət “Xocalı dəhşətləri” adlı sərgi nümayiş olundu.