27.03.2020
Şəki şəhər Heydər Əliyev Mərkəzinin bu dəfəki təqdimatı Şəki sənətkarlarının unikal əl işlərindən biri, bərpaçı-memar Sehran Məmmədov tərəfindən hazırlanmış şəhər arxitekturasının incilərini özündə əks etdirən “Yuxarı Baş” Dövlət Tarix - Memarlıq qoruğunun maketidir. Bu maket Şəki şəhər Heydər Əliyev Mərkəzinin üçüncü mərtəbəsinin foyesində sərgilənir. Maketdə Xan sarayının, Qala divarlarının, Sənətkarlar evinin, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın, Xan məscidinin, Ömər Əfəndi məscidinin, qoruq ərazisinə düşən qədim yaşayış evlərinin və bir sıra mədəniyyət abidələrinin miniatür forması əks etdirilmişdir.
Ətraflı məlumat üçün: https://www.facebook.com/100014284328565/videos/819071341912336/