Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Heydər Əliyev Mərkəzi #evdəqal devizi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EvdəMədəniyyətimiziYaşadaq və #Mədəniyyətbirlikdir layihəsinə Azərbaycanın milli musiqi alətləri rubrikası ilə davam edir.

25.03.2020

Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti kamançanın tarixi, quruluşu və səs diapazonundan bəhs olunur.
Kamança-Azərbaycan simli –kamanlı musiqi alətidir. Ən qədim musiqi alətlərindən biridir. Nizaminin “Xosrov və Şirin” poemasında adı çəkilmiş, Təbriz miniatür rəsm əsərlərində təsvir olunmuşdur. Kamança, əsasən, qoz ağacından düzəldilir. Kürəşəkilli çanaqdan, dairəvi qol, “aşıq”lar yerləşən kəllə hissədən və “şiş” adlanan dəmir mildən ibarətdir. Çanağın üzü – membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir, qolu pərdəsizdir. Simləri kaman vasitəsi ilə səsləndirilir. Kaman – uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 650-900 sm olur. Əvvəllər 1 – 3 simdən ibarət idi. Hazırda 4 simi var: kiçik oktavada lya, birinci oktavada mi, lya, ikinci oktavada mi köklənir. Diapazonu kiçik oktavanın lya – üçüncü oktavanın mi (bəzən sol) səsləri həcmindədir. Incə, həzin səsi var. Son dərəcə təsirli tembri olan kamançada lirik musiqinin ifası xüsusilə gözəl təsir bağışlayır. Kamançadan həm solo, həm də ansambl tərkibində musiqi aləti kimi istifadə olunur. Kamança əsas alətlərdən biri kimi sazandalar ansamblının, xalq çalğı ansamblları və orkestrlərinin tərkibinə daxildir. Kamança, tar və qaval alətləri ilə birlikdə muğam üçlüyünü əmələ gətirir. Instrumental muğamların kamançada solo ifası geniş yayılmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə kamança hazırlanması və ifaçılıq sənəti UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsına daxil edilmişdi.

Ətraflı məlumat üçün: https://www.facebook.com/100014284328565/videos/818387158647421/