Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Heydər Əliyev Mərkəzi #evdəqal devizi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #evdəniyyətimiziyaşadaq və #Mədəniyyətbirlikdir lahiyəsinə “Azərbaycanın Milli Musiqi Alətləri” rublikası ilə qoşulub

25.03.2020

Şəki şəhər Heydər Əliyev Mərkəzi #evdəqal devizi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #evdəniyyətimiziyaşadaq, və #Mədəniyyətbirlikdir lahiyəsinə “Azərbaycanın Milli Musiqi Alətləri” rublikası ilə qoşularaq Azərbaycanın musiqi aləti olan Tar haqqında məlumat verilib.

Tar-Azərbaycançılıq ruhunun aşılanmasında qədim milli musiqi aləti olan Azərbaycan tarı xüsusi rol oynayır. Tar simli dartımlı musiqi alətidir. Azərbaycan tarı ozünəməxsus quruluşa, konstruksiyaya və bədii – texniki imkanlara malikdir. Ümumiyyətlə, tar aləti bir çox ölkərlərdə - İranda, Orta Asiyada, Dağıstanda və başqa yerlərdə geniş yayılmışdır. Lakin özəl cəhətlərə malik Azərbaycan tarı digər tar növlərindən, əsasən İran tarından xeyli fərqlənir. IX əsrin 2-ci yarısı Azərbaycan musiqi sənətinin ən görkəmli nümayəndəsi sayılan Mirzə Sadıq Əsəd oğlu tar musiqi aləti üzərində rekonstruksiya aparmış, alətin konstruksiyasını elmi – akustik prinsiplər əsasında dəyişdirmişdir. O, tarın səsini gücləndirmək üçün simlərin sayını artırmış; alətin qolunun yuxarısında əlavə pərdə bağlamış; tar ifaçılığı texnikasında “lal barmaq” adlanan üsuldan geniş istifadə edilməsinə yol açmış; tarı diz üstünə qoyub əyilərək çalmaq qaydasını aradan qaldırmış və tarı sinə üstünə alıb çalmağı daha münasib, daha yararlı hesab etmişdir. Müasir Azərbaycan tarı 11 simli, geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alətdir. Milli musiqi ifaçılığında həm solo, həm də müşayiətçi alət kimi isitfadə olunur. “Tar” sözünün mənası “sim” deməkdir və şərqdə bir sıra simli alətlərin adında rast gəlinir: dütar, setar, çahartar və s. Ərəb ölkələrində isə dəf alətini “tar” adlandırırlar.

Ətraflı məlumat üçün: https://www.facebook.com/100014284328565/videos/818302785322525/