Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Mədəniyyət Mərkəzində “Xocalı - Qarabağın ürəyi” adlı tədbir keçirilmişdir

24.02.2018

Fevralın 24-də Zaqatala rayon Mədəniyyət Mərkəzi Ağdam rayon 152 sayli Köçkün tam orta məktəbi ilə birgə “Xocalı - Qarabağın ürəyi” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Əkrəm Mirzəyev açdı. Xocalı, eləcə də Qarabağ savaşında qurban getmiş şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Mədəniyyət Mərkəzinin direktor əvəzi Samirət Hümbətova, Respublika Dini işlər üzrə komitənin Zaqatala bölgəsi üzrə sədri İlqar Vəliyev, Ailə, qadın, uşaq komitəsinin Zaqatala rayon üzrə sədri Gövhər İbrahimova, şəhid anası Əzizə Murtuzəliyeva, Qarabağ veteranı Habil Şabanov, məcburi köçkün Maşallah Mirzəyev Xocalı faciəsi haqqında danışdılar. Mədəniyyət Mərkəzin və 152 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları  kompozisiya və səhnəciklər tamaşaçılar təqdim olundu. Tədbirdə  mərkəzin baş metodisti Aybəniz Heydərova, Yuxarı Tala 1 saylı sənətkarlıq evinin metodisti Mirvari Vanatiyeva, Muğanlı kənd mədəniyyət evinin müdüri Gülüstan Osmanova iştirak etmişdilər.  Sonda Mədəniyyət Mərkəzinin rəssamı Çingiz Məmmədovun hazırladığı Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilmiş, “Xocalı” və  “Xocalı – uşaqların dili ilə” video çatxlar nümayiş olunmuşdur.