18.03.2020
Qax rayonu C.Cabbarlı adına Mərkəzi kitabxanada, S.Vurğun adına Mədəniyyət Mərkəzində, Tarix Diyarşünaslıq muzeyində, İsmayıl Dağıstanlının Xatirə muzeyində, Rəsm Qalereyasında Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri həyata keçirilib.
Mədəniyyət müəssisələrində kütləvi tədbirlər tam məhdudlaşdırılıb. Dezinfeksiya işləri növbəti günlərdə də davam etdiriləcək.