19.03.2020
Ölkə ərazisində COVİD-19 infeskiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə müəssisə və təşkilatlarda tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Bu baxımdan Balakən rayon Heydər Əliyev Mərkəzində və Balakən MKS-nin binasında dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri ixtisaslaşmış mütəxəssislər tərəfindən yerinə yetirilib.