18.03.2020
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.
“DOST xonçası” layihəsinin əsas məqsədi imkansız, tənha, yaşlı, xəstə insanları ziyarət etmək, onlarla bayramlaşmaq, nəsillərdən-nəsillərə ötürülən bu adət-ənənəmizi qoruyub saxlamaqdır. Bu gözəl adətə uyğun olaraq başladılan kampaniya cəmiyyətdə həssas qrupdan olan insanlara diqqət və qayğını təşviq etməkdir.
Kampaniya çərçivəsində Balakən rayon mədəniyyət müəssisələri Hekalovlar ailəsinin qonağı olaraq, “DOST xonçası”nı təqdim ediblər. Ailəni kollektiv adından təbrik edən mədəniyyət işçiləri ailə üzvləri ilə həmsöhbət olublar.