Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada ahıl, tənha insanlara və aztəminatlı ailələrə bayram sovqatı verilir

18.03.2020

Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, yüksək humanizm prinsiplərinə sadiqliyini əks etdirən Novruz bayramının qədim adətlərindən biri də bayramlaşmaqdır. Zaqatala rayonunun mədəniyyət müəssisələri Novruz bayramı ilə əlaqədar bayramlaşmaq kimi nəcib adəti əks etdirən “Dost xonçası” kampaniyasına qoşularaq, bayram ərəfəsində rayonun təqaüddə olan tənha, ahıl mədəniyyət işçilərinin, habelə aztəminatlı ailələrin evlərinə gedir, onları ziyarət edirlər. Ziyarətçilər diqqət və qayğıya daha çox ehtiyacı olan insanlarla görüşüb onlara bayram sovqatı verir, maddi yardım göstərirlər. O cümlədən:

-Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə məsləhətçisi Fizzə Mahmudova və Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları şəhid anası, tənha yaşayan Gülsənəm Muradovanın, Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Mərkəzinin əməkdaşları aztəminatlı ailələrdən olan Səadət Dilanovanın və  Maya Məmmədovanın, Zaqatala rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova və Mərkəzin kollektivi Zaqatala şəhərinin Sevil Qazıyeva küçəsində yaşayan Maya Nəsibovanın ailəsinə baş çəkiblər.

-Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektivi Novruz bayramı ilə əlaqədar bayramlaşmaq kimi nəcib adəti əks etdirən “Dost xonçası” kampaniyasına qoşulub. Kampaniya çərçivəsində Mərkəz əməkdaşları aztəminatlı Dilanovlar ailəsinin qonağı olub, onların bayramını təbrik ediblər. Ailə başçısı Səadət Dilanova göstərilən diqqətə görə əməkdaşlara öz təəşəkkürlərini bildirib.

-Layihəyə qoşulan, Zaqatala rayon Yuxarı Tala Mədəniyyət evinin,Danaçı kənd folklor evinin, Göyəm kənd Mədəniyyət evinin, Paşan kənd klubunun, Masex kənd klubunun, Makov kənd Folklor evinin, Uzunqazmalar kənd Folklor klubunun əməkdaşları rayonda yaşayan aztəminatlı ailələrdən İbrahim Malcanovun, Ramazan Adamovun, İbrahim Ömərovun, Dada Dadayevin, Fatma Məmmədovanın, Tərlan Murtuzovun və Şamil Bagadovun ailələrinin qonağı olaraq,  bayram sovqatları ilə onların bayramlarını təbrik ediblər.

-Novruz bayramı münasibətilə başlanan və bayramlaşmaq kimi nəcib adəti özündə ehtiva edən “DOST xonçası” kampaniyasına həvəslə qoşulan Zaqatala rayon Mərkəzi Kitabxananın əməkdaşları aztəminatlı ailələlərə qonaq olub, onlara bayram sovqatı paylayıb,  bayramlarını təbrik ediblər. Ailə başçılarından Bənövşə Qurbanova, Səadət Dilanova və Xanım Əfəndiyeva göstərilən diqqətə görə əməkdaşlara öz təəşəkkürlərini bildiriblər.

Ziyarət olunan ailələrin hər biri göstərilən diqqətə görə əməkdaşlara öz təəşəkkürlərini bildirib. Bu xeyirxah aksiyanın məqsədi tənha ahıllarımızı, həssas qruplardan olan insanlarımızı, şəhid ailələrini ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətə onlara qarşı diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən adət-ənənəmizi qoruyub saxlamaqan ibarətdir.