Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Turan qəsəbə uşaq musiqi məktəbində Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirilmişdir

25.02.2018

Turan qəsəbə uşaq musiqi məktəbində Xocalı soyqırımının 26-cı ildönümünə həsr  olunmuş  tədbir  keçirilmişdir. Tədbirdə məktəbin müəllimləri,  şagirdlər və valideynlər iştirak etmişdir. Şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Aygün Tağıyeva 1992-ci ilin feral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərdən, dinc əhaliyə tutulan divandan söhbət açdı. Daha sonra məktəbin müəlliməsi Pərvanə Rəsulovanın rəhbərliyi ilə xor kollektivinin ifasında şəhidlərə həsr olunmuş mahnı səslənmiş, məktəbin şagirdlərinin hazırladığı Xocalı faciəsinə həsr olunmuş səhnəciklər nümayiş olunmuşdur.