16.03.2020
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq etdiyi tövsiyələrə uyğun olaraq, Koronavirus (COVİD-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün Şəki Regional Mədəniyyət İdarəsinin əhatə dairəsində olan Balakən, Zaqatala, Qax və Şəki rayonlarının mədəniyyət müəssisələrində, o cümlədən: Balakən rayon Tarix-Diyarşünaslıq muzeyində, Zaqatala rayon Heydər Əliyev Mərkəzində, rayon Mədəniyyət Mərkəzində, Mərkəzi kitabxana və onun şöbələrində, Tarix-Diyarşünaslıq muzeyndə, Uşaq İncəsənət Məktəbində, Qax rayonu C.Cabbarlı adına Mərkəzi kitabxanada, S.Vurğun adına Mədəniyyət Mərkəzində. Tarix Diyarşünaslıq muzeyində, İsmayıl Dağıstanlının Xatirə muzeyində, Rəsm Qalereyasında və Şəki Regional Mədəniyyət İdarəsinin İnzibati binasında dezinfeksiya işləri həyata keçirilib.
Dezinfeksiya işləri müvafiq peşəkar qurumlardan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılıb.