Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “DOST xonçası” kampaniyası çərçivəsində aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

16.03.2020

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin start verdiyi “DOST xonçası” kampaniyasına Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də qoşulmuşdur. Aksiyanın keçirilməsində məqsəd evlərində tənha yaşayan ahıllarımızın, həssas qruplardan olan digər insanlarımızın, bu və ya digər aztəminatlı ailələrin Novruz xonçası ilə qapısını açmaq, onlarla bayramlaşmaq, onlara xoş ünsiyyətlə bir bayram ovqatı bəxş etməkdən ibarətdir.

Layihəyə dəstək məqsədilə Şəki Regional Mədəniyyət İdarəsinin kollektivi Şəki şəhərinin Sabir küçəsində yaşayan, aztəminatlı  İsayevlər ailəsinə və Şəki şəhəri “Otaq eşiyi” məhəlləsində kirayəşin yaşayan Şərifovlar ailəsinə baş çəkərək, onları bayram hədiyyələri ilə sevindiriblər. Bu addım xalqımızın qədim tarixə malik mili-mənəvi dəyərlərinə, Novruz adətlərinə sıx bağlılığından,  ahıl insanlara, həssas qruplara qayğıkeş münasibətindən irəli gəlir.

 “DOST xonçası” cəmiyyətdə bir aksiya kimi deyil, artıq bir ənənə kimi qəbul olunur.