Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramı münasibətilə Oğuz rayon Mərkəzi Kitabxanasında sərgi təşkil edilmişdir

12.03.2020

Novruz yazın gəlişini, Yeni günün başlanğıcını simvolizə edən xalq bayramıdır. Novruz bayramı 2009-cu il sentyabr ayının 30-da UNESCO tərəfindən Qeyri Maddi-Mədəni İrs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz hazırda dünyanın bir sira ölkələrində bayram kimi qeyd olunur. Bu bayram səməni yetişdirmək, papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, yumurta döyüşdürmək və digər adətlərlə yaddaşlarda qalmışdır.

Bu ifadələr Novruz bayramı münasibətilə Oğuz rayon Mərkəzi kitabxanasında təşkil edilmiş sərginin açılışı zamanı səsləndirilib. Tədbirdə Novruzun gəlişi münasibətilə kitabxananın adından Azərbaycan xalqına təbriklər ünvanlanmış, süfrələrin bərəkətli, ruzinin bol, canların sağlam, Vətənimizin azad və firavan olması arzulanmışdır.