Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səni unutmadıq-Xocalım

26.02.2018

Dünya soyqırımlar tarixinə yazılan günlərdən biri - 26 fevral Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə Zaqatala rayon Mərkəzi kitabxanasında “Səni unutmadıq -  Xocalım” adı altında tematik gecə keçirilmişdir. Tədbir faciə qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra kitabxananın direktor müavini Zeynəb Qocayeva çıxış etdi. O, tarix boyu erməni təcavüzkarlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən danışdı. Sonra isə “Xocalı faciəsi və tarixi şərait” mövzusunda Oxu zalının multimedia mütəxəssisi Məlahət Həmzəyeva, “Xocalı şahidlərin gözü ilə” mövzusunda oxucu Aysel İsayeva, “Xocalıya ədalət” kompaniyası fəaliyyətini genişləndirir mövzusunda informasiya texnologiyaları üzrə mütəxəssis Leyla Mustafayeva çıxış etdi. Sonda məktəblilər mövzuya həsr edilmiş şeirlər ifa etdilər. Kitabxanada həmçinin “Xocalı faciəsinin 26-cı ildönümü” adı altında sərgi də təşkil edilmişdir.