Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki teatrında türkiyəli dramaturqun əsəri səhnələşdirilib

20.07.2017

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı sənətsevərlərə yeni səhnə əsərini – türkiyəli dramaturq Hidayət Sayının “Davul səsi” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edib.
Tamaşaya keçirilən ictimai baxışda şəhər rəhbərliyi, teatrsevərlər iştirak ediblər.
Şəki teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada əsas rolları Əməkdar artistlər İqrar Salamov, Xanlar Həşimzadə, aktyorlar Akif Yusifov, Lalə Məmmədova, Fidan Lətifova, Nərmin Abbasova və başqaları ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Günel Xasməmmədova, rəqslərin quruluşu isə Çingiz Novruzəliyevdir.
Uğurla başa çatan ilk tamaşanın sonunda teatrın baş rejissoru Mirbala Səlimliyə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
Teatrın yaradıcı kollektivi bu səhnə əsəri ilə Türkiyədə, o cümlədən türkdilli ölkələrdə keçiriləcək beynəlxalq tədbirlərdə, festivallarda iştirak etməyi planlaşdırır.