Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Balakən rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib

23.02.2018

23 fevral tarixində Balakən rayon Heydər Əliyev mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə dəyirmi

masa keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın apardığı “Xocalıya ədalət” kompaniyası çərçivəsində dünyanın bir çox ölkələrində faciənin tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında, Ümumilli lider Heydər Əliyevin Azərbaycana qayıdışından sonra Xocalı faciəsinə  siyasi hüquqi qiymət verərək Xocalı soyqırımı günü elan edilməsi barədə şagirdlərə geniş məlumatlar verilmiş və birgə fikir mübadiləsi aparılmışdır.

Mərkəzin foyesində Xocalı həqiqətlərini əks etdirən məlumatlardan, foto-şəkillərdən,  kitablardan və şagirdlərin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur. Rayonun müxtəlif məktəblərindən şagird və müəllim kollektivləri sərgi ilə tanış olmuşdur.

Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Balakən rayon Heydər Əliyev mərkəzində 20-26 fevral tarixlərində Xocalı faciəsinə həsr olunmuş “Xoca” filmi nümayiş olunmuşdur.